Bakı, Azərbaycan 17 Senytabr 2015 – Dünya İslam İqtisadi Forumunun Sədri hörmətli Tun Musa Hitam bugün qarşıdan gələn, “Ədalətli İnkişaf üçün Dayanıqlığın Formalaşdırılması” mövzusunda 3-5 Noyabr 2015-ci il tarixlərində Malayziyanın Kuala Lumpur şəhərdində keçiriləcək olunan 11-ci Dünya İslam İqtisadi Forumuna olan dəvətnaməni rəsmi olaraq çatdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyev cənabları ilə paytaxt Bakı şəhərində nəzakət ziyarətində olmuşdur.
Forumda dünya ətrafından Prezidentlər, hökumət təmsilçiləri, sənaye başçıları, iqtisadçılar, sahibkarlar və QHT-lərin nümayəndələri daxil olmaqla 2500-dən artıq nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.
Qlobal forumda iştirak etmək üçün dəvət olunan Rəhbərlər sırasına daxildir:
Hörmətli Dato Sri Haji Mohammad Najib Tun Haji Abdul Razak, Malayziyanın Baş Naziri və Dünya İslam İqtisadi Forumunun prezidenti
Zati-aliləri Abdulla Yameen Abdul Gayoom, Maldiv Respublikasının prezidenti
Zati-aliləri John Dramani Mahama, Qana Respublikasının Prezidenti
Zati-aliləri Dragan Covic, Bosniya və Herseqovina Federasiyasının Rəyasət Heyətinin Sədri
Zati-aliləri doktor Ahmed Mohammed Ali Al-Madani, İslam İnkişaf Bankının Prezidenti
Əla Həzrət Dr. Nazrin Muizzuddin Shah, Malayziya, Perak ştatının Sultanı
Zati-aliləri Şeyx Hamad bin Jassim bin Jabr al-Thani, Qatarın Sabiq Baş Naziri
Zati-aliləri Dr. Susilo Bambang Yudhoyono, İndoneziyanın Sabiq Prezidenti
“Azərbaycan da daxil olmaqla, bir çox ölkələr beynəlxalq əməkdaşlar arasında investisiya və təcarəti artırmağa təşəbbüs göstərir və 11-ci Dünya İslam İqtisadi Forumu bu cəhətdən ideal platforma rolunu oynayır. Bununla biz yalnız daha böyük qlobal inteqrasiya deyil, həmçinin bərabər inkişafı təmin edirik. Bu, xüsusilə də bugünkü bazarda olan qeyr-sabitlik cəhətdən önəmli rol oynayır. Gəlin birləşək və dünya ətrafındakı həmvətənlilərimizin həyat standartlarını dəstəkləmək və artırmaq üçün əlimizdən gələni edək.” Tun Musa Hitam dedi.
Neft sektorundan əlavə olaraq, Azərbaycanın inşaat, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq kimi sahələri inkişaf etdirməklə iqtisadiyyatı genişləndirmək nailiyyətləri, bazarda olan qeyri-sabitliyə baxmayaraq ölkənin davamlı inkişafını təmin etmişdir. Bu tədbirlər ölkənin gələcək davamlı inkişafını təmin edir və biz ümid edirik ki, bu ildən sonra Azərbaycanın 11-ci Dünya İslam İqtisadi Forumunda iştirakı ilə daha qlobal əməkdaşlıqlar əldə olunacaq,” Tun Musa Hitam qeyd etdi.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında istehsal edilmiş ümumi daxili məhsulun həcmi keçən illə müqayisədə 5,6 faiz artaraq 32,1 milyard manata çatmış, qeyri-neft sektoru isə 9 faiz artmışdır.
11-ci Dünya İslam İqtisadi Forumunun məqsədi Müsəlman və qeyri-Müsəlman ölkələrinin iqtisadiyyatında inkişaf və əməkdaşlığı təmin etməkdir. Forumun Malayziya, Kuala Lumpura qayıtmaq səbəbi regionun ASEAN İqtisadi Birliyinin (AİB) vəd etdiyi regional inteqrasiya imkanlarına hazırlaşmasıdır.
11-ci Dünya İslam İqtisadi Forumunda İslam maliyyəsi, halal sənaye, yaşıl texnologiya, təhsil, davamlı yaşayış və inkişaf, qadın və gənclərin inkişafı və yaradıcı incəsənət mövzuları əhatə olunacaq. Beynəlxalq spikerlər sırasına Birləşmiş Millətlərin Ətraf Mühit Proqramı, Beynəlxalq Resurs Panelinin həmsədri Janez Potocnik, Yeni Zellandiya İslam Assossasiyası Federasiyasının Prezidenti & Halal Məşvərət Məclisinin Sədri Dr. Anvar Ghani və Amerika Birləşmiş Ştatları, Dünya Humanitar Zirvə Katibliyinin rəisi Tan Sri Jemilah Mahmood daxildir.
Bu il ilk dəfə olaraq, Forum proqramı Sektor Bölüklərinə ayrılacaq və dialoqlar, iştirak və fikir mübadiləsini asanlaşdırmaq və səmərəliliyini artırmaq məqsədilə xüsusi sektora yönəlmiş panel müzakirələr, İdeapad və Master klass sessiyalar keçiriləcək.
Forumdakı digər bir yenilik isə Kiçik və Orta Sahibkarlıq cəmiyyətinin inkişaf səylərini dəstəkləmək üçün dünyanın hər tərəfindəki təcrübənin mobilləşdirməsini təmin edən Kiçik və Orta Sahibkarlıq İş Pavilyonudur. Kiçik və Orta Sahibkarlıq Platforması həmçinin ilin sonunda qüvvəyə minəcək olan ASEAN İqtisadi Birliyindən bəhrələnmək üçün dəyərli sənaye anlayışları və texniki dəstək təklif edəcək.
Əvvəlki illərdə olduğu kimi 11-ci Dünya İslam İqtisadi Forumu ilə əlaqədar keçirilən Yaradıcı İncəsənət Bazarı da fəaliyyət göstərəcək. Yaradıcı İncəsənət Bazarı Festivalı, Fondun incəsənət və mədəniyyət festivalı, dialoq və şəbəkə sessiyaları, masterklas, liderlik seminarları, film nümayişləri, vizual incəsənət sərgilərindən ibarətdir. Gələcək Festivalda iştirak edəcək incəsənət xadimləri arasında Tunis-Fransız rəssamı El Seed, Mavritaniya musiqiçi və müğənnisi Noura Mind Seymali və Britaniya rəssamı daha çox Teakster kimi tanınan Hatiq Mohamed yer alır.
11-ci Dünya İslam İqtisadi Forumu ilə bağlı daha ətraflı məlumat: http://wief.org/forum/11/